CƏMİYYƏT


Paytaxtın Suraxanı rayonunda birmərtəbəli evdə yanğın olub

Bakı, 16 iyul, AZƏRTAC

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli üç otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mənzilin otaqlarından birinin yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.