Paytaxtın Suraxanı rayonunda təmir-tikinti alətləri oğurlayan şəxslər məsuliyyətə cəlb olunublar VİDEO
AzerTAg.az
Bakı, 25 yanvar, AZƏRTAC
Paytaxtın Suraxanı rayonunda təmir-tikinti alətləri oğurlayan şəxslər məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisindəki evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Qocayev və C.Abdullayev rayon polis idarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini A.İsmayılova ilə birgə Əmircan qəsəbəsi ərazisindəki Baytarlıq idarəsindən 567 manat dəyərində dərman preparatları, təmir-tikinti alətləri, 5 həyətyanı sahədən isə su mühərriki, velosiped, kombi və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə A.İsmayılova da polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbərin mətnində orfoqrafik səhv var