CƏMİYYƏT


Paytaxtın Suraxanı rayonundakı ərzaq mağazasında yanğın baş verib

Bakı, 7 dekabr, AZƏRTAC

Paytaxtın Suraxanı rayonunda ərzaq mağazasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər mərtəbəsi 100 kvadratmetr, birinci mərtəbəsi ərzaq mağazası kimi fəaliyyət göstərən ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli evin birinci mərtəbəsində anbara yığılan qarışıq malların 15 kvadratmetri yanıb. Yüksək temperaturdan anbarın tavanı 15 kvadratmetr qarsalanıb. Mağazanın qalan hissəsi, ev və yaxınlığında dayanan minik avtomobili yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.