İQTİSADİYYAT
Paytaxtın bəzi ərazilərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bakı, 19 fevral, AZƏRTAC
Hazırda paytaxtın bəzi ərazilərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, Üzeyir Hacıbəyov, Koroğlu Rəhimov, Rəşid Behbudov, Akademik Həsən Əliyev, “28 May”, Xaqani, Əziz Əliyev, Məhəmməd Füzuli, Gülayə Qədirbəyova küçələrində, həmçinin Tbilisi, Ziya Bünyadov, Şah İsmayıl Xətai, Mikayıl Useynov, Mustafa Kamal Atatürk prospektində də sıxlıq müşahidə olunur.
Fevralın 18-i axşam saatlarından paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar paytaxt yollarına, eləcə də müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətinə nəzarət gücləndirilib. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib.
“Sürücülər hərəkətdə olan zaman sürət həddinə əməl etməyə və metereoloji amilləri nəzərə almağa çağırılır. Hava şəraiti ilə əlaqədar bütün daşıyıcılara göstəriş verilib. Tapşırılıb ki, (hər hansı bir məcburi məhdudlaşdırma istisna olmaqla) müntəzəm xətt avtobuslarının müəyyən olunan qrafikə və sxemə uyğun hərəkəti təmin edilməlidir. Pik saatlarında yollarda müşahidə edilən sıxlıq avtobusların hərəkət intervalında müəyyən qədər gecikmələrə səbəb olur”, - deyə BNA bildirir.