İQTİSADİYYAT


Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır

Bakı, 22 aprel (AZƏRTAC). Bakının bir neçə mərkəzi küçəsində avtomaşınların hərəkəti məhdudlaşdırılacaqdır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 22-də səhər saat 11:00-dan etibarən, Mikayıl Useynov küçəsində, Azneft dairəsi ilə Dövlət Bayrağı Meydanı istiqamətində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaqdır.

Bayraq Meydanından Azneft dairəsi istiqamətində isə xətlənmə işləri həyata keçiriləcəkdir. Bununla əlaqədar yolda nəqliyyatın hərəkəti bu gün Bayraq Meydanı istiqamətində, aprelin 23-də isə əks istiqamətdə məhdudlaşdırılacaqdır.

Həmçinin axşam saat 22:00-dan etibarən Keykab Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də analoji işlərin aparılmasına başlanacaqdır. Keykab Səfərəliyeva küçəsində hərəkət tam, Dilarə Əliyeva küçəsində isə qismən məhdudlaşdırılacaqdır. İşlərin bu gecə başa çatdırılması planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.