İQTİSADİYYAT


Paytaxtın bəzi yollarında üfüqi nişanlama xətləri yenilənəcək

Bakı, 29 iyun, AZƏRTAC

Paytaxtın Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələri, həmçinin Neftçilər prospektinin Cavanşir körpüsündən “Azneft dairəsi”nədək olan istiqamətində iyunun 29-u axşam saat 23:00-dan səhər saat 06:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən qeyd edilən saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.