İQTİSADİYYAT


Paytaxtın bu ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakı, 14 dekabr, AZƏRTAC

Bir qədər əvvəl Nəsimi rayonu 3-cü mikrorayon bazarı yaxınlığında baş verən yanğınla əlaqədar hazırda 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində və Ceyhun Səlimov küçəsində, eyni zamanda, “20 Yanvar” dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, hazırda dairədəki körpünün üzərində Z.Bünyadov istiqamətində tıxac müşahidə olunur.

Sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətdə hərəkət etməmələrini xahiş olunur. Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.