İQTİSADİYYAT


Paytaxtın bu küçələrində xətlənmə işləri aparılacaq

Bakı, 19 aprel, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Rəşid Behbudov küçəsi ilə 28 May küçəsinin kəsişməsində, həmçinin Dilarə Əliyeva küçəsinin R.Behbudov küçəsi ilə kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili ilə əlaqədar xətlənmə işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, işlər bu gün saat 22:00-dan başlayaraq aprelin 20-si səhər saatlarına qədər davam edəcək.

Sürücülərdən sözügedən yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.