İQTİSADİYYAT
Paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var
Bakı, 15 fevral, AZƏRTAC
Hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sıxlıq səbəbindən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var. Belə ki, Tbilisi prospekti-“20 Yanvar dairəsi” və şəhər istiqamətində, Ziya Bünyadov prospekti –“20 Yanvar dairəsi” və şəhər istiqamətində, Alı Mustafayev küçəsi-“20 Yanvar dairəsi”ndən Ziya Bünyadov prospekti istiqamətində, Koroğlu Rəhimov küçəsi–Heydər Əliyev prospekti və Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Həmçinin Heydər Əliyev prospektinin şəhər mərkəzi istiqamətində köməkçi yolda, Mikayıl Useynov prospekti–“Azneft dairəsi” istiqamətində, Yusif Səfərov küçəsi–Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti–Heydər Əliyev prospektinə düşən hissədə sıxlıq var. Bundan başqa, Binəqədi şosesində (Binəqədi istiqaməti), Rəşid Behbudov küçəsində və Afiyəddin Cəlilov küçəsində nisbətən sıxlıq müşahidə olunur.