İQTİSADİYYAT


Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

Bakı, 20 yanvar, AZƏRTAC

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə saatda 20 kilometr endirilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu gün üçün proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmaları tövsiyə edilib.

Hərəkətin təhlükəsizliyi üçün sürücülər sürət həddinə əməl etməli və meteoroloji amilləri nəzərə almalıdırlar. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etməlidir.

Sərnişinlərdən xahiş edilir ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.