İQTİSADİYYAT


Paytaxtın iki magistralında zolaqlar üzrə sürət həddi endirilib

Bakı, 16 noyabr, AZƏRTAC

Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı magistrallarında zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, məqsəd hərəkət təhlükəsizliyini təmin etməkdir: “Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla yanaşmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik. Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də bəzi istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb. Bunu nəzərə alaraq bildiririk ki, xüsusilə bu cür hava şəraitində avtobusların hərəkətinə maksimum dərəcədə şərait yaradılması zəruridir”, - deyə məlumatda qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.