Paytaxtın kimya sənayesində məhsul buraxılışı 22,4 faiz azalıb
AzerTAg.az
Bakı, 30 avqust, AZƏRTAC
Yanvar-iyul aylarında Bakının kimya sənayesində məhsul buraxılışı 22,4 faiz azalıb.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, yeddi ayda paytaxtın kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 152,6 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 22,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 0,6 faiz azalıb, əczaçılıq məhsullarının istehsalında isə 12 faiz artıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 2,7 dəfə, oksigen istehsalı 76,4 faiz çoxalıb.
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə, polietilen kisə və çantaların istehsalı 11,6 faiz artıb. Liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı isə 78,1 faiz azalıb.

Xəbərin mətnində orfoqrafik səhv var