İQTİSADİYYAT


Paytaxtın pərakəndə ticarət dövriyyəsi azalıb

Bakı, 13 avqust, AZƏRTAC

2020-ci ilin yanvar-iyun aylarında paytaxtın pərakəndə ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1 faiz azalaraq 10 milyard 233,7 milyon manat olub.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni səviyyəsindən 1 faiz azalaraq 10 milyard 222,8 milyon manat təşkil edib. Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla ayda 23,1 manat çox əmtəə alıb. 2020-ci ilin birinci yarımilində pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2019-cu ilin eyni dövrünün səviyyəsindən real ifadədə 5,8 faiz artaraq 5 milyard 154,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,6 faiz azalaraq 5 milyard 79,4 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 50,4 faiz təşkil edib. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,8 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4 faizi elektrik malları və mebelin, 1,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,4 faizi əczaçılıq və tibbi malların, 10,2 faizi avtomobil yanacağının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.