İQTİSADİYYAT


Paytaxtın ticarət dövriyyəsinin həcmi 1,7 milyard manata çatıb

Bakı, 28 fevral, AZƏRTAC

Yanvarda Bakı şəhərinin ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 5,4 faiz artaraq 1 milyard 697,8 milyon manat təşkil edib.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 6,5 faiz artaraq 812,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,7 faiz artaraq 885,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 29,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 51,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.