ELM VƏ TƏHSİL


Paytaxtın ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə görüş keçirilib

Bakı, 4 iyun, AZƏRTAC

Paytaxtın ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri ilə onlayn görüş keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə keçirilən görüşdə paytaxt məktəblərində çalışan GÇH rəhbərləri iştirak ediblər.

Onlayn görüşdə illik proqram materiallarından məqsədyönlü istifadə, yekun summativ qiymətləndirmə, GÇH rəhbərlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən işlərə dair hesabatların hazırlanması barədə fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı tədris ilinin yekunları müzakirə olunub, GÇH müəllimlərini maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.