DÜNYA
Pedalların əvəzinə “Go” və “Stop now” düymələrinə malik avtomobil patentlənib
Bakı, 18 avqust, AZƏRTAC
“Google” şirkətinə məxsus “Waymo” şirkəti uzun müddətdir sürücüsüz texnologiyalar üzərində işləyir, amma sözügedən şirkətin işi yalnız proqram təminatının yaradılması ilə məhdudlaşmır. Şirkətin mütəxəssisləri müxtəlif yeniliklər fikirləşir və onu patentləşdirirlər. Belə yeniliklərdən biri avtomobillər üçün yaradılmış futuristik cihaz panelidir. Bu paneldə sükan və müxtəlif indikatorların əvəzinə bir neçə düymə yerləşdirilib.
AZƏRTAC “hi-news.ru” saytına istinadən bildirir ki, patentə əlavə edilmiş təsvirdən göründüyü kimi, "Go" və "Stop now" düymələri yeni panelin mərkəzində yerləşir. Bundan başqa, elektrik şüşə qaldıranı, qapıları bloka salan, işıqlandırma tənzimləyicisi və oturacaq qızdırıcısı düymələri var. Lakin patentə əlavə edilmiş sənədə əsasən, sərnişinlərin belə konsolun köməyi ilə lazımi marşrutu necə təyin edəcəyini başa düşmək olmur.
Ehtimal ki, avtomobil səsli idarəetmə və ya mobil proqram vasitəsilə idarə olunacaq. Həmçinin fövqəladə hal zamanı avtomobili "Stop now" düyməsi ilə dayandırmaq mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]