ELM VƏ TƏHSİL


Pedaqoji Universitet: “#VİKİADPU” layihəsi çərçivəsində 50-dək məqalə yaradılıb

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyi (ADPU TKİB) “Qorqud” Vikipediya Metodiki Klubu ilə birgə bu ali məktəbin tələbələri üçün onlayn praktik vikipediya təlim kursu – “#VİKİADPU” keçirib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Bildirilib ki, təlimlərdə tələbələr tərəfindən “Vkipediya”nın Azərbaycan dili bölməsində daha 20 yeni məqalə yaradılıb, 8 məqalə əsaslı redaktə edilib. Bununla yanaşı,“Vikicommons”a müxtəlif kateqoriyalar üzrə 60-a yaxın orijinal foto əlavə edilib. Fotolar əsasən ADPU və Vətən müharibəsi şəhidləri ilə bağlı materiallardır.

Ümumilikdə təlim kursu çərçivəsində vikipediyaya əlavə olunan yeni məqalələrin sayı 48-ə, redaktənin sayı isə 14-ə çatıb. Beləliklə də təlim kursu yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.