ELM VƏ TƏHSİL


Pedaqoji Universitet magistraturaya boş qalan yerlərə qəbul aparır

Bakı, 12 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya boş qalan yerlərə qəbul elan edilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistraturasına da 11 ixtisaslaşma üzrə 30 boş yerə qəbul həyata keçirilir.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, qeydiyyat avqustun 14-dək internet vasitəsilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Bakalavrlar DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Qəbul Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, ibtidai sinifdə tədrisin metodika və metodologiyası, korreksiyaedici təlimin metodika və metodologiyası, məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası, menecment (təhsilin təşkili və idarə olunması), pedaqogika nəzəriyyəsi və tarixi, sosial pedaqogika, tarix fənninin tədrisi metodikası və metodologiyası, biznesin təşkili və idarə edilməsi (təhsil üzrə marketinqin təşkili və idarə olunması), biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə olunması), texnologiya fənninin tədrisi metodikası və metodologiyası ixtisasları üzrə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.