ELM VƏ TƏHSİL


Pedaqoji Universitet təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir

Bakı, 26 iyul, AZƏRTAC

Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə birgə 2021/2022-ci tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, sənəd qəbulu təkrar ali təhsil üzrə ibtidai sinif müəllimliyi (əyani - rus bölməsi), məktəbəqədər təhsil (əyani - rus bölməsi), yenidənhazırlanma təhsili üzrə musiqi müəllimliyi (əyani - Azərbaycan bölməsi), təsviri incəsənət müəllimliyi (əyani - Azərbaycan bölməsi) ixtisaslar üzrə aparılır.

Müraciət etmək üçün sənədlərin qəbulu avqustun 26-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.