ELM VƏ TƏHSİL


Pedaqoji Universitetdə “Azərbaycan dilçiliyi kafedrası” jurnalının təqdimatı olub

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının universitetin və kafedranın 100 illik yubileyi münasibətilə hazırladığı “Azərbaycan dilçiliyi kafedrası” jurnalının təqdimatı keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli və institutun professoru Sevinc Əliyeva Pedaqoji Universitetin və onun Azərbaycan dilçiliyi kafedrasının dilçilik elminin inkişafındakı müstəsna xidmətlərindən söz açıblar. Çıxışlarda yubiley jurnalının bu zəngin irsi əks etdirdiyi vurğulanıb.

Azərbaycan dilçiliyi kafedrasının müdiri dosent İradə Kərimova jurnal haqqında məlumat verərək qeyd edib ki, məntiqi baxımdan jurnal iki hissəyə bölünür; kafedranın tarixi və müasir vəziyyəti. Bu bölmələrdə kafedrada fəaliyyət göstərmiş Bəkir Çobanzadə, Əbdüləzəl Dəmirçizadə, Afad Qurbanov, Həsən Mirzəyev, Nizami Xudiyev və digər tanınmış dilçilərdən və kafedranın müasir elmi potensialından bəhs olunur. Vurğulanıb ki, jurnalın təqdimatı kafedranın inkişafında və Azərbaycan dilçilik elmində böyük rolu olmuş professor Həsən Mirzəyevin doğum gününə təsadüf edir.

Sonda videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.