ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə “Cığır” tarixi romanının təqdimatı olub
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasında "Şuşa İli" çərçivəsində elmi seminar keçirilib. Seminarda yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimatı olub.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Kafedranın müdiri dosent Naibə Əhmədova bildirib ki, əsər Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunub. Romanda Vətən müharibəsində əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan, sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşanın tarixindən bəhs olunur.
Sonra professor Xəqani Məmmədov, dosentlər Şubay Nuruzadə və Zakir Kərimov "Cığır" tarixi romanı haqqında fikirlərini bölüşüblər.
Tədbirdə "Sözün bitdiyi, həyatın başlandığı yer!" sənədli filmi nümayiş etdirilib.