ELM VƏ TƏHSİL


Pedaqoji Universitetdə SƏLİS-in e-vətəndaş proqramının təqdimatı olub

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin (SƏLİS) e-vətəndaş proqramının təqdimatı keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov ölkədə elektron hökumətin qurulması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, elektron universitetlərin yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biridir. Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafına töhfə verirlər. QHT-lər idarəetmənin yaxşı bir modelidir. Onlar cəmiyyətin problemlərinin həllində fəal iştirak edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin ideya və təşəbbüslərinin dəstəklənməsi sahəsində üzərinə düşən vəzifələri layiqincə və uğurla yerinə yetirir.

Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev ADPU-da həyata keçirilən islahatları, yenilikləri, layihələri təqdirəlayiq hal kimi dəyərləndirib. Azay Quliyev rəhbərlik etdiyi qurumun bu il 13 yeni elektron xidməti istifadəyə verməyi nəzərdə tutduğunu bildirib. O qeyd edib ki, şura ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkə vətəndaşlarını qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı onlayn qiymətləndirməyə dəvət edir. Bu məqsədlə SƏLİS-in e-vətəndaş proqramı gerçəkləşdirilir. Layihələrin elektron qəbul edilməsi və qiymətləndirilməsi prosesinə vətəndaşların cəlb olunması ictimai nəzarəti təmin edəcək.

Tədbirdə e-vətəndaş proqramından istifadə qaydaları əyani nümayiş olunub. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.