ELM VƏ TƏHSİL


Pedaqoji Universitetdə “Şuşa kuboku” intellektual yarışının qalibləri müəyyənləşib

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə “Xəmsə” milli intellektual oyunu formatında “Şuşa kuboku” yarışı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, yarışdan öncə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin tələbələrindən ibarət komandalar arasında gərgin mübarizə şəraitində keçən maraqlı yarışın sonunda finala yüksələn “Sirius”, “Məntiqə sığmayanlar”, “Permanent” və ”9002” komandaları üz-üzə gəliblər.

Final qarşıdurmasının başlanğıcında çıxış edən fakültənin dekanı dosent Elnarə Mehbalıyeva “Şuşa kuboku” intellektual oyununun “Şuşa İli” çərçivəsində keçirildiyini bildirib və finalçılara uğurlar arzulayıb.

Yarışın nəticələrinə əsasən, “Məntiqə sığmayanlar” komandası birinci, “9002” komandası ikinci, “Permanent” komandası isə üçüncü yeri tutub. Qaliblər kubok, medal və diplomlarla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.