ELM VƏ TƏHSİL


Pedaqoji Universitetdə ikili diplom proqramına qəbul ilə bağlı görüş keçirilib

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının Xarici dillər klubu və ADPU Təhsil Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə “İkili diplom proqramına qəbul” mövzusunda görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, strateji inkişaf üzrə rektor müşaviri Ümid Mehdiyevin moderatorluğu ilə keçirilən tədbirdə ADPU və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə əməkdaşlığı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə məlumat verilib.

ADPU-Corc Vaşinqton Universiteti ikili diplom proqramının rəhbəri Tofiq Əhmədov magistratura səviyyəsində təhsil idarəetməsi ixtisası üzrə müvafiq proqram haqqında məlumat verib. O, proqramın əsas məqsədinin qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdən ibarət olduğunu vurğulayıb.

Görüşdə ADPU-Corc Vaşinqton Universiteti ikili diplom proqramı haqqında təqdimat nümayiş etdirilib.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.