ELM VƏ TƏHSİL


Pedaqoji Universitetdə magistraturaya boş qalan yerlərə 11 ixtisaslaşma üzrə qəbul aparılıb

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistraturasına 11 ixtisaslaşma üzrə 30 boş yerə qəbul həyata keçirib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, qeydiyyat internet vasitəsilə aparılıb. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə, həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıblar.

Qəbul Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, ibtidai sinifdə tədrisin, korreksiyaedici təlimin, məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyaları, menecment (təhsilin təşkili və idarə olunması), pedaqogika nəzəriyyəsi və tarixi, sosial pedaqogika, tarix fənninin tədrisi metodikası və metodologiyası, biznesin təşkili və idarə edilməsi (təhsil üzrə marketinqin təşkili və idarə olunması), biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə olunması), texnologiya fənninin tədrisi metodikası və metodologiyası ixtisasları üzrə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.