ELM VƏ TƏHSİL


Pedaqoji Universitetdə onlayn elmi seminar keçirilib

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində onlayn elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, seminarda ADPU-nun Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyev halkogenidlərdə polimorf çevrilmələrlə bağlı məruzə ilə çıxış edib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov, Ümumi fizika kafedrasının müdiri, dosent Cahangir Hüseynov, baş müəllim Hüseyn Aslanov məruzə ilə bağlı suallar səsləndiriblər.

Ümumi fizika kafedrasının dosenti, fizika üzrə elmlər doktoru Sakin Cabarov tədqiqat işinin aktuallığı və perspektivləri haqqında çıxış edib.

Yekunda dosent A.Daşdəmirov məruzə ilə bağlı fikirlərini bildirərək tədqiqatçıya elmi axtarışlarında müvəffəqiyyətlər arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.