ELM VƏ TƏHSİL


Pedaqoji Universitetdə onlayn tədbir: Zəfərə gedən yol

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin təşkilatçılığı ilə “Zəfərə gedən yol” adlı onlayn tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Fizika fakültəsi üzrə YAP sədri, baş müəllim Əsmət Teymurova Vətən müharibəsində qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimizdən söz açıb.

Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın azad edilməsi uğrunda apardığı uğurlu siyasət və müzəffər ordumuzun qalibiyyəti haqqında fikirlərini bölüşüb.

Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov belə tədbirlərin keçirilməsinin zəruri olduğunu, gənclərimizin vətənpərvər ruhda təhsil almalarına yol açdığını bildirib. Diqqətə çatdırıb ki, Vətən müharibəsində şücaət göstərərək şəhid olmuş baş leytenant Əvdil Quluyevin övladı Tamara Quluzadə Fizika fakültəsinin tələbəsidir.

Tədbirdə çıxış edən Fizika fakültəsinin məzunu, müharibə iştirakçısı Haldun Əliyev, şəhid Böyükağa Şahverdiyevin bacısı Nəzakət Şahverdiyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə fakültə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda 44 günlük müharibəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.