ELM VƏ TƏHSİL


Pedaqoji Universitetdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Cəfər Cəfərov ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin vəfatından 16 il keçir. Xalqımız hər il Ulu Öndərə vəfa borcunu layiqincə yerinə yetirir. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirib. Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanı öz layiqli siyasi varisi Prezident İlham Əliyevə həvalə etməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar qazanır.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd edib ki, Ulu Öndərin qətiyyəti və uzaqgörən siyasəti sayəsində ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. O, Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildirib.

Sonra “Əbədi Lider” adlı sənədli film nümayiş etdirilib və Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış bədii kompozisiya təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.