ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti ilə bağlı geniş tərkibdə iclas keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verib. O qeyd edib ki, yaz semestrinin imtahan sessiyası iyunun 3-dən iyulun 1-dək davam edəcək. İmtahanlar 5 gün, 3 növbədə keçiriləcək. İmtahan biletlərinin sualları tələbələrə çatdırılıb. Yaz semestrinin imtahan sessiyasında 10 mindən çox tələbə iştirak edəcək. İyunun 17-dən 30-dək yekun buraxılış dövlət attestasiyası keçiriləcək. ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə imtahan qərargahı, apellyasiya komissiyası yaradılıb.
Digər çıxış edənlər yaz semestrinin imtahan sessiyasının çevik və mütəşəkkil keçirilməsi, qiymətləndirmənin düzgün aparılması ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Sonda rektor Cəfər Cəfərov yaz semestrinin imtahan sessiyasının şəffaf, ədalətli və qanun çərçivəsində keçirilməsi üçün tapşırıq və tövsiyələrini verib.