ELM VƏ TƏHSİL


Pedaqoji Universitetdə yenidən yazılı imtahanlar bərpa edilib

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qış imtahan sessiyasına start verilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, son üç semestr ərzində qlobal koronavirus (COVID-19) pandemiyası səbəbindən imtahanların müvəqqəti olaraq referat və onlayn-şifahi formada təşkil olunduğu universitetdə cari semestrdən etibarən yenidən yazılı imtahanlar bərpa edilib. Bununla belə, pandemiya səbəbindən davam edən karantin rejiminin tələblərinə uyğun olaraq imtahan sessiyasında sanitar-gigiyenik tələblərə ciddi riayət olunur. Sıxlığın qarşısını almaq məqsədilə imtahanlar əvvəlki illərdən fərqli olaraq yalnız əsas tədris binasındakı imtahan zallarında deyil, universitetin 4 korpusunun hər birində paralel olaraq təşkil edilib.

Eyni zamanda, builki sessiyada ilk dəfə Filologiya fakültəsində eksperimental olaraq şifahi imtahan forması tətbiq edilir. Fakültədə indiyədək xarakterik fənlərdən şifahi imtahanlar təşkil edilsə də, ilk dəfə olaraq bütün fənlər üzrə imtahanlar şifahi keçirilir. Bu təcrübənin təhlili əsasında gələcəkdə bütün universitet üzrə şifahi imtahan modelinə keçid edilə bilər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.