Pedaqoji Universitetin Cəlilabad filialında yazıçı Qafar Cəfərli ilə görüş
AzerTAg.az
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinin sədri, yazıçı Qafar Cəfərlinin 65 illik yubileyi ilə əlaqədar görüş təşkil edilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə filialın direktoru, dosent Xudayar Sultanlı görüşün əhəmiyyətini vurğulayaraq yazıçı Qafar Cəfərlini fəxri fərmanla təltif edib.
Sonra tələbələrin sualları cavablandırılıb.
Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova, professor Yadulla Ağazadə, şair-publisist Meyxoş Abdullah, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, şair Gülbala Teymur, Əlizaman Baxış, Səyavuş Süleymanov, Cəlilabad Rayon Mədəniyyət Evinin kollektivi, Mərkəzi Kitabxana Sisteminin və Peşə Təhsili Mərkəzinin əməkdaşları iştirak ediblər.


Xəbərin mətnində orfoqrafik səhv var