ELM VƏ TƏHSİL


Pedaqoji Universitetin tələbələri “Dolu” filmini müzakirə ediblər

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “ÇƏTİR” proqramı çərçivəsində 27 Sentyabr – Anım Günü münasibətilə Bakı Gənclər Mərkəzində “Dolu” filminin nümayişini təşkil edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, filmin nümayişindən əvvəl Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsi və 12-13 sentyabr şəhidlərinin əziz xatirəsi anılıb.

Filmin nümayişindən sonra tələbələr ekran əsəri ilə bağlı müzakirələr aparıb, gənclərin vətənpərvərlik ruhunun tərbiyə olunmasında incəsənətin mühüm rolunu qeyd ediblər.

Bildirilib ki, bu gün artıq Azərbaycan torpaqları işğaldan azaddır və bərpa quruculuq işlərində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında tələbə-gənclərin üzərinə böyük missiya düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.