ELM VƏ TƏHSİL
Pedaqoji Universitetin tələbələri İkinci Şəhidlər xiyabanına yürüş ediblər
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının üzvləri İkinci Şəhidlər xiyabanına yürüş ediblər. Yürüşdə 300-ə yaxın könüllü tələbə iştirak edib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr 44 günlük Vətən müharibəsində xüsusi şücaət, misilsiz qəhrəmanlıq nümayiş etdirərək əzəli torpaqlarımızın azadlığı uğrunda canından keçən soydaşlarımızın məzarları önünə gül dəstələri qoyub, şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər. Həmçinin tələbələrə 44 günlük Vətən müharibəsi və 2022-ci ilin 12-13 sentyabrında Ermənistanın törətdiyi təxribatların qarşısının alınmasında şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız haqqında ətraflı məlumat verilib.
Tələbələr Azərbaycanın ərazi bütövlüyünün əbədi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun rəşadəti sayəsində azad edilmiş topraqlarımızın daim çiçəklənəcəyini vurğulayıblar.