ELM VƏ TƏHSİL


Pedaqoji şuraların iclaslarında dərs ilinin yekunları təhlil edilir

Bakı, 27 iyun, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar pedaqoji şuraların iclasları keçirilir.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, iclasların keçirilməsində əsas məqsəd il ərzində görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və ümumi qərarlar qəbul etməkdən ibarətdir.

Pedaqoji şuraların iclaslarında məktəb direktorlarının və direktor müavinlərinin məruzələri, müəllimlərin hesabatları dinlənilir, dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilir.

Eyni zamanda, buraxılış imtahanlarının nəticələri, yay tədris tapşırığı olan şagirdlərlə işin təşkili, fərqlənmə attestatlarına namizədlər barədə ətraflı məlumatlar verilir, növbəti tədris ilində qarşıda duran vəzifələr, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi, psixoloji xidmət və digər mövzular ətrafında müzakirələr aparılır.

Qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunur və müəllimləri maraqlandıran suallar cavablandırılır.

Pedaqoji şuraların iclaslarında tədris ili ərzində fərqlənən müəllimlər fəxri fərman və təşəkkürnamələrlə təltif edilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.