ELM VƏ TƏHSİL


Pedaqoji təhsili olmayan mütəxəssislər üçün təlimlərə start verilib

Bakı, 7 may, AZƏRTAC

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ümumtəhsil fənlərinin tədrisi üzrə məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik müəllimlər üçün onlayn təlimlərin keçirilməsinə başlanılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, həmin müəllimlər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya, informatika, musiqi, təsviri incəsənət və təlim strategiyaları ilə bağlı müvafiq təlimlərə cəlb olunublar. Bu şəxslər 2021/2022-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək ümumi təhsil müəssisələrinə ixtisasları üzrə müəllim təyin olunublar.

Təlimlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.