CƏMİYYƏT


“Pediatriyanın aktual problemləri” adlı elmi-praktik konfrans keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC 

Bakıda “Pediatriyanın aktual problemləri” adlı elmi-praktik konfrans keçirilib.

Azərbaycan Tibb Universitetindən (ATU) AZƏRTAC-a bildiriblər ki, konfransı giriş sözü ilə açan ATU-nun professoru Surxay Musayev təşkilatçılara təşəkkür edib. Konfransın əhəmiyyətini vurğulayan professor belə aktual mövzularda məruzələrin pediatrların peşəkar fəaliyyətində faydalı olacağına, həmçinin həkimlərin bu cür elmi-praktiki tədbirlərdə mənimsədikləri akademik biliklərin xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artmasına zəmin yaradacağına inandığını bildirib.

Sonra konfrans Türkiyədən dəvət olunmuş Qazi Universiteti tibb fakültəsinin uşaq yoluxucu xəstəliklər bölümünün rəhbəri, professor Hasan Tezerin “Uşaqlarda antibiotiklərin rasional istifadəsi”, ATU-nun I uşaq xəstəlikləri kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Nigar Sədiyevanın “Uşaq inkişafı-müasir yanaşma” mövzularında məruzələri ilə davam etdirilib.

Konfransın sonunda mövzular ətrafında müzakirələr aparılıb, həkimlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.