CƏMİYYƏT


Pediatriyanın tibbi-sosial aspektləri ilə əlaqədar elmi-praktik konfrans keçiriləcək

Bakı, 19 iyun, AZƏRTAC

Uşaq yaşlarında sağlamlıq pozuntularının erkən aşkarlanması və onların gələcəkdə əmələ gəlməsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsində neonatoloq və pediatrların göstərdiyi yardımlarda yeni yanaşmaların tətbiqi zəruridir. Ona görə də ölkəmizdə uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran həkimlərin bilik və bacarıqları daim təkmilləşməlidir. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə birgə iyunun 21-də “Pediatriyanın tibbi-sosial aspektləri. Müasir yanaşmaların tətbiqi” mövzusunda keçirəcəyi elmi-praktik konfrans məhz bu məqsədə xidmət edəcək.

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, konfransda pediatriya və neonatologiya sahəsində antenatal diaqnostikanın perspektivləri, yenidoğulmuşlarda mərkəzi sinir sistemi xəstəliklərinin erkən aşkarlanması, körpələrin qidalanması və inkişafı, uşaqlar arasında geniş yayılan inkişaf çətinlikləri və həmin çətinliklərin erkən üzə çıxarılmasında yeni yanaşmaların tətbiqi kimi tədqiqatların nəticələri barədə məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. Həmçinin ölkəmizdə onurğa xəstəliklərinin yayılması və onun vaxtında aşkarlanmasında uşaq həkimlərinin rolu, pediatriyanın sosial aspektləri, uşaq zorakılığına dair məsələlər barədə də məlumatlar təqdim ediləcəkdır.

Konfransda ölkəmizin pediatr və neonatoloqları ilə yanaşı Qazaxıstan Ana və Uşaq Milli Elmi Mərkəzinin professoru Dair Nurqaliyev və Dağıstan Dövlət Tibb Universitetinin pediatriya kafedrasının dosenti Vaqif İbrahimovun da çıxışları dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.