SİYASƏT


Pedro Aqramunt: Corc Soros tərəfindən maliyyələşdirilən QHT-lər AŞPA-ya böyük təzyiqlər göstərir

Strasburq, 26 iyun, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyası nəzdində Azərbaycana və digər bəzi ölkələrə qarşı ikili standartlar yürüdülməsi adət halını alıb. Uzun illər bu cür hallara qarşı mübarizə aparmışam. Bəzi ölkələrin lobbi qrupları AŞPA-da Azərbaycan, Rusiya təmsilçilərinə və hətta mənə qarşı böyük təzyiqlər göstəriblər.

Bu fikri AZƏRTAC-a müsahibəsində ispaniyalı parlamentari Pedro Aqramunt söyləyib. O deyib ki, Avropa Şurasında lobbi təzyiqləri böyükdür və onların arxasında iqtisadi maraqlar dayanır. Neçə illərdir bu qurumda ikili standartların şahididir.

Pedro Aqramunt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra hansı yeniliklərin olacağı bəlli deyil, ancaq onun mövqeyi aydındır: “Mən həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışam, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu demişəm. Dağlıq Qarabağ və ona bitişik 7 rayonun 25 ildən artıqdır Ermənistanın işğalı altında olması faktdır. Hərbi işğalın davam etməsi qəbuledilməzdir. Avropa bunu qəbul edə bilməz. Münaqişənin həlli tapılmalıdır. Plenar iclaslarda bunu dəfələrlə səsləndirmişik.

Təəssüf ki, AŞPA-da Corc Soros fondu tərəfindən maliyyələşdirilən lobbi qrupları və QHT-lər bəzi ölkələrə və deputatlara qarşı təzyiq göstərir, qurumun işinə mane olurlar”.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.