İDMAN
“Pekin-2022”: Koronavirusa qarşı mübarizə üzrə işçi qrupu yaradıblar
Bakı, 1 dekabr, AZƏRTAC
“Pekin-2022” Qış Olimpiya Oyunlarının təşkilatçıları Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Paralimpiya Komitəsi (BPK) ilə birlikdə koronavirusa qarşı mübarizə üzrə işçi qrupu yaradıblar.
AZƏRTAC xəbər verir ki, günün ən aktual problemi ilə məşğul olacaq qurumun yaradılması barədə qərar “Pekin-2022” Təşkilat Komitəsi, BOK və BPK-nin birgə onlayn iclası zamanı verilib.
Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Oyunların təşkilatçıları idman obyektlərinin tikintisinin plana uyğun getdiyini və bu ilin sonunadək başa çatdırılacağına əmin olduqlarını bildiriblər.