İDMAN


“Pekin-2022”: Norveç yığması medal sıralamasında liderliyini möhkəmlədib

“Pekin-2022”: Norveç yığması medal sıralamasında liderliyini möhkəmlədib

Bakı, 15 fevral, AZƏRTAC

Norveç yığması Pekində keçirilən Qış Olimpiya Oyunlarında daha üç qızıl medal qazanaraq medal sıralamasında liderliyini möhkəmlədib.

AZƏRTAC xəbər verir ki, Olimpiadanın arxada qalan on iki yarış gününün nəticələrinə əsasən, Norveç yığmasının hesabında 12 qızıl, 7 gümüş və 7 bürünc medal var. Onun ən yaxın izləyicisi Almaniya 9 qızıl, 6 gümüş və 3 bürünc medal əldə edib. İlk beşlikdə, həmçinin ABŞ (7, 6, 4), Avstriya (6, 6, 4) və Niderland (6, 4, 3) və yığmaları yer alır.

Oyunlara ev sahibliyi edən Çin medal sıralamasında altıncı pilləyə yüksəlib. ÇXR yığması indiyədək hesabına 6 qızıl, 4 gümüş və 2 bürünc medal yazdırıb. Hələlik yarışlarda yalnız 27 ölkə medal qazana bilib.

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar.

Oyunlar fevralın 20-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.