İDMAN


“Pekin-2022” Olimpiadasından əvvəl test yarışları keçirilməyəcək

Bakı, 17 noyabr, AZƏRTAC

“Pekin-2022” Olimpiadasından əvvəl test yarışları təşkil edilməyəcək.

AZƏRTAC xəbər verir ki, “Pekin-2022” Olimpiadasının Təşkilat Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi (BOK) və beynəlxalq federasiyalar Çində 2021-ci ilin birinci rübü üçün planlaşdırılan test yarışlarından imtina etmək qərarına gəliblər.

Bunun əvəzinə Çində infrastrukturun hazırlığını yoxlamaq üçün proqrama uyğun sistem tətbiq ediləcək. Buna səbəb koronavirus pandemiyası göstərilir. Hazırda dövlətlər arasında səyahət məhdudiyyətləri səbəbindən xarici idmançıların Pekinə getməsi son dərəcə çətindir. Mütəxəssislərin fikrincə, qarşıdakı aylarda sərhədlər hələ də bağlı olacaq. Buna görə də BOK, Pekin Olimpiadasının Təşkilat Komitəsi və beynəlxalq federasiyalar Oyunların proqramında təmsil olunan hər idman növü üzrə fərdi test proqramları hazırlayıblar.

Bütün bunlara baxmayaraq, BOK və beynəlxalq federasiyalar infrastrukturun qarşıdakı Oyunlara hazırlığını yüksək qiymətləndirirlər. Bütün yarımçıq qalan obyektlərin bu ilin sonunadək istifadəyə veriləcəyi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.