İDMAN
“Pekin-2022” Qış Olimpiya Oyunlarının sınaqları başlayıb VİDEO
Pekin, 9 oktyabr, AZƏRTAC
Gələn ilin fevralında Pekində keçiriləcək növbəti Qış Olimpiya və Paralimpiya oyunlarının sınaqları başlayıb.
AZƏRTAC oyunların təşkilat komitəsinə istinadla xəbər verir ki, dekabrın sonunadək davam edəcək sınaqlar zamanı yerli və xarici idmançılar, texniki heyət Pekin və bəzi yarışların keçiriləcəyi Canciakou şəhərindəki arenalarda yarış elementlərini, eləcə də avadanlığı, yarış əməliyyatlarının və fövqəladə vəziyyətlərin idarəolunmasını sınaqdan keçirəcəklər. Sınaqlara xaricdən təxminən 2 min idmançı və texniki işçi cəlb olunacaq.
İlkin olaraq sürətli konkisürmə yarışlarının sınaqlarına başlanılıb. Bu sınaqlarda Çin, Niderland və Cənubi Koreya idmançıları iştirak edirlər.
Qeyd edək ki, “Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-22-də, Paralimpiya Oyunları isə martın 4-13-də keçiriləcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]