DÜNYA


“Pekin-2022” heyəti arasında daha bir nəfərin COVID-19-a yoluxduğu aşkarlanıb VİDEO

“Pekin-2022” heyəti arasında daha bir nəfərin COVID-19-a yoluxduğu aşkarlanıb VİDEO

Pekin, 18 fevral, AZƏRTAC

“Pekin-2022” Qış Olimpiya Oyunlarının heyəti arasında ötən sutka ərzində daha bir nəfərin COVID-19 infeksiyasına yoluxduğu aşkarlanıb.

AZƏRTAC 24-cü Qış Olimpiya Oyunlarının təşkilat komitəsinə istinadla xəbər verir ki, ötən sutka Olimpiada ilə bağlı xaricdən 25 nəfər, o cümlədən 4 atlet və komanda rəsmisi Çinə gəlib. Hava limanında verilmiş test nəticəsində bir nəfərin virusa yoluxduğu aşkarlanıb.

Olimpiya Oyunları üçün təsdiqlənmiş epidemiya əleyhinə qaydalara əsasən, Olimpiadaya cəlb olunanların gündəlik test prosesi nəticəsində virusa yoluxma qeydə alınmayıb. Ötən sutka Olimpiya Oyunları ilə əlaqədar ümumilikdə 69 min 415 nəfərdən PZR (polimerazalı zəncir reaksiyası) götürülüb.

“Pekin-2022” Qış Olimpiya Oyunları ilə əlaqədar “qapalı sistem”in tətbiq olunmağa başladığı yanvarın 23-dən bəri 436 nəfərin, o cümlədən 184 idmançının test cavabı pozitiv olub. Yanvarın 23-dən bəri Çinə Olimpiya Oyunları üçün 13 min 610 nəfər gəlib. Həmin gündən indiyədək “Pekin-2022” ilə əlaqədar 1 milyon 660 min PZR analizi götürülüb.

Qeyd edək ki, COVID-19 pandemiyasına təsadüf edən “Pekin-2022” Qış Olimpiya Oyunlarında epidemiya əleyhinə xüsusi qaydalar tətbiq olunur. Xaricdən gələn bütün heyət üzvləri hava limanından etibarən “qapalı sistem”ə düşür. Onlar “Olimpiya kəndi”, yarış məkanları və Olimpiya Oyunları üçün nəzərdə tutulan digər yerlərdən kənara çıxa bilməzlər. Bu qayda Olimpiya Oyunlarına cəlb olunan yerli heyətə də aiddir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.