DÜNYA


Pekin Kanada parlamentinin təklifini pisləyib

Pekin, 23 fevral, AZƏRTAC

Rəsmi Pekin Kanada parlamentinin Çinin Sincan Uyğur muxtar bölgəsi ilə bağlı qəbul etdiyi təklifi pisləyib.

AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Çinin Kanadadakı səfirliyi bəyanat yayaraq, Kanada parlamentinin İcmalar Palatasının Sincan məsələsi ilə bağlı təklifinə ciddi narazılığını və sərt etirazını ifadə edib. Bəyanatda Sincanla bağlı məsələlərin insan hüquqları, etnik və dini amillərlə əlaqəli olmadığı, bunun zorakılıqla, terrorizmlə və ekstremizmlə mübarizə olduğu vurğulanıb.

Qeyd edək ki, Kanada parlamentinin İcmalar Palatası Sincan Uyğur muxtar bölgəsində Çinin uyğur müsəlman azlığına qarşı rəftarını "soyqırımı" kimi göstərən bir təklif qəbul edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.