İDMAN


Pekin Qış Olimpiadasında Azərbaycan idmançısının geyimi Yaponiyanın sosial şəbəkələrində geniş əks-səda doğurub

Tokio, 16 fevral, AZƏRTAC

Azərbaycan fiqurlu konki sürəni Yekaterina Ryabovanın fevralın 15-də Pekin Qış Olimpiadasında qısa proqramla çıxışı zamanı geyimi Yaponiyanın sosial şəbəkələrində geniş əks-səda doğurub.

AZƏRTAC “news.yahoo.co.jp” və “the-ans.jp” saytlarına istinadla xəbər verir ki, azərbaycanlı idmançının çıxışından sonra sosial şəbəkələrdəki şərhlərdə “Əsl Tovuz quşuna bənzəyirdi”, “Bu geyimi yaradan böyük dahidir” kimi fikirlər yer alıb. Bəziləri onun anemona çiçəyinə bənzədiyini yazıb. Qeyd edilir ki, 18 yaşlı Y.Ryabovanın yarış zamanı istifadə etdiyi kostyum “Mənim çox xoşuma gəlir” şəbəkəsində birinci yeri tutub.

Bildirilir ki, fiqurlu konki sürmə yarışlarında tamaşaçılar qadın idmançıların geyiminə xüsusi diqqətlə yanaşırlar. Çıxışlardan sonra bu idmançıların kostyumları sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilir. Həmin geyim idmançıya böyük diqqətin yönəlməsinə xüsusi təkan verir. Bu mənada azərbaycanlı idmançının geyimi izləyicilərin böyük marağına səbəb olub.

Hər iki sayt idmançımızın kostyumunun çıxış zamanı aldığı formaları əks etdirən fotolara xüsusi yer də ayırıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.