İDMAN


Pekin Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Qədim Olimpiya Oyunlarının vətəni Yunanıstanda Pekin Qış Olimpiadasının məşəli alovlandırılıb.

AZƏRTAC xəbər verir ki, məşəli daşıyan ilk idmançı yunanıstanlı xizəkçi Yannis İoannis Antoniou olub.

Məşəl estafeti bir gün davam edəcək. Belə ki, oktyabrın 19-da tarixi “Panatinaikos” stadionunda məşəl Çin nümayəndələrinə təhvil veriləcək.

Estafet Pekin Olimpiadasının açılış günü - fevralın 4-də başa çatacaq.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.