DÜNYA


Pekin aeroportları güclü yağışa görə 441 reysi ləğv edib VİDEO

Bakı, 12 iyul, AZƏRTAC

Pekinin iki beynəlxalq aeroportu – Şoudu və Dasin hava limanları güclü yağış səbəbindən bu gün ümumilikdə 440 – dan çox aviareysi ləğv edib .

AZƏRTAC xəbər verir ki, bu barədə aeroportlar WeChat sosial şəbəkəsində məlumat yerləşdiriblər. Şoudu aeroportunda bu günə planlaşdırılan 806 reysdən 285-i, Dasin aeroportunda isə 598 reysdən 156-sı ləğv olunub.

Pekində leysan yağışlar bazar günü axşamdan başlayıb. Şəhərin meteoroloji idarəsinin məlumata görə, bu, ilin əvvəlindən bəri ən güclü yağışlardır. Yerli vaxtla saat 10:00-dək (Bakı vaxtı ilə 06:00) paytaxta orta hesabla 70 millimetr, meqapolisin ayrı-ayrı rayonlarına isə 150 millimetrdən çox yağıntı düşüb.

Məktəbəqədər təhsil müəssisələrində və ibtidai məktəblərdə məşğələlər dayandırılıb. Sakinlərə küçədə mümkün qədər az vaxt keçirmək və ehtiyatlı olmaq tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.