DÜNYA


Pekin aeroportu 100 milyonuncu sərnişini qəbul edib

Pekin, 29 dekabr, AZƏRTAC

Pekin “Paytaxt” beynəlxalq hava limanı cari il üçün 100 milyonuncu sərnişini qəbul edib.

AZƏRTAC xəbər verir ki, bununla Pekinin “Paytaxt” hava limanı il ərzində xidmət göstərdiyi sərnişinlərinin sayı 100 milyona çatan ikinci aeroport olub. ABŞ-ın Atlanta şəhərindəki Harstfild-Cekson aeroportu 2015-ci ildə bu göstəriciyə nail olub.

Qeyd edək ki, Pekin “Paytaxt” hava limanı həm də sərnişin daşıma sayına görə Atlanta aeroportundan sonra dünyada ikincidir. Çinin “bir nömrəli qapısı” hesab olunan “Paytaxt” aeroportu ölkədə 3 terminalı, 3 uçuş-enmə zolağı və 2 dispetçer qülləsi olan yeganə hava limanıdır. Ümumilikdə 105 yerli və xarici aviasiya şirkətinin təyyarələri Pekindən dünyanın 296 şəhərinə uçuşlar həyata keçirir. Hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) də həftədə iki dəfə Bakı-Pekin-Bakı reysi ilə müntəzəm uçuşlar yerinə yetirir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.