DÜNYA


Pekin kitab sərgi-yarmarkasında 400 min kitab nümayiş olunacaq

Pekin, 6 yanvar, AZƏRTAC

Yanvarın 10-da açılacaq növbəti Pekin beynəlxalq kitab sərgi-yarmarkasında təxminən 400 min yeni və ən çox satılan kitablar nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, Çin Naşirlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən ənənəvi sərgi ölkədə nəşriyyat sahəsi üzrə əsas tədbirlərdən biri hesab olunur.

Üç gün davam edəcək sərgidə 718 nəşriyyat öz məhsullarını 2527 stenddə nümayiş etdirəcək. Sərgi çərçivəsində forum, dəyirmi masa, təqdimatlar da daxil olmaqla, 210 müxtəlif tədbir təşkil olunacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.