DÜNYA


Pekin olimpiada ərəfəsində şəhərə yeni giriş qaydaları tətbiq edib

Bakı, 17 yanvar, AZƏRTAC

Koronavirus infeksiyasının “omikron” ştamına ilk yoluxma halı aşkarlandıqdan sonra Çinin paytaxtı Pekində yeni giriş qaydaları tətbiq edilib.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, paytaxt rəhbərliyi yanvarın 22-dən martın sonuna qədər şəhərə daxil olan şəxslərdən 72 saat sonra koronavirus testindən keçməyi tələb edəcək. Bundan öncə isə onlardan gəlişdən 48 saat öncə verilən koronavirus testinin mənfi cavabı və xəstəliyin olmadığı barədə xüsusi kod tələb edilirdi.

Qeyd edək ki, Pekində fevralın 4-dən 20-dək XXIV Qış Olimpiya Oyunları keçiriləcək. Olimpiya oyunlarının başlamasına bir neçə həftə qalmış Çinin paytaxtında “omikron” ştamına ilk yoluxma halı qeydə alınıb.

Koronavirus infeksiyasına yoluxma hallarının Çindən başlamasına baxmayaraq, 1 milyard 439 milyondan çox insanın yaşadığı ölkədə virusa yoluxanların ümumi sayı 105 min 87 nəfər, ölənlərin sayı isə 4 min 636 nəfərdir. Burada infeksiyanın yayılmasının qarşısını almaq üçün ciddi karantin siyasəti tətbiq olunur. Bir müddət öncə yoluxma hallarında artımın müşahidə edildiyi 13 milyon əhalisi olan Sian şəhərinə giriş-çıxış bağlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.